Rumıniya Mihail Koqalniceanu bazası: Müharibənin qapısı, yoxsa müdafiə qalası?
Rumıniyanın müstəqil prezidentliyə namizədi Kelin Georgesku inanır ki, ölkənin cənub-şərqində yerləşən və Avropada ən böyük NATO müdafiə obyektinə çevriləcək Mihail Koqalniceanu hərbi bazası Rusiyaya qarşı müharibənin başlanğıcı üçün istifadə ediləcək.
Crossmedia.az xəbər verir ki, “Bunu qəbul edə bilmərik” deyən Kelin Georgesku ABŞ-nin keçmiş Hərbi Dəniz Qüvvələri xüsusi təyinatlısı Şon Rayanla müsahibəsində deyib. Georgesku həmin müsahibənin videosunu Facebookda paylaşıb. Qeyd edilən yazı Rumıniyanın Digi 24 TV kanalının veb saytında da mövcuddur.
“Hal-hazırda Rumıniyada baş verənlərə xaricdən, xüsusilə ABŞ-dən heç bir reaksiya yoxdur. Onlar burada nə baş verdiyini anlamırlar, çünki əgər Rumıniyadan müharibə üçün bir qapı kimi istifadə etsələr, bunun ardınca nə gələcək? Bizə müharibə lazım deyil; mənim mövqeyim budur”. - deyə Georgesku bildirib.
“NATO bazası Rusiyaya qarşı böyük hücum həyata keçirmək üçün tikilsə, bunun nəticələri nə olacaq?” Rayan soruşub.
“Məhz bu söz - ‘hücum’ - səhv yanaşmadır. Və biz bunu qəbul edə bilmərik, çünki bu nə bizim işimizdir, nə də bizim müharibəmizdir”. - deyə Georgesku cavab verib.
Həmçinin qeyd olunur ki, bu,
Rumıniyadan Rusiyaya qarşı müharibənin başlayacağı ilə bağlı ilk fərziyyəsi deyil.
Maral Şahverdili
14:23 12.01.2025
Oxunuş sayı: 2032