İran rəsmisi: “İran İsraillə münaqişə yaratmağa çalışmır”
İranın Strateji Məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib ki, İslam Respublikası İsraili işğalçı olaraq görür və öz torpaqlarını azad etmək uğrunda mübarizə aparanları dəstəkləyir. O, bu reallığın İsraillə münaqişə kimi göstərilməyə çalışıldığı barədə xəbərdarlıq edib.
Crossmedia.az xarici kiv-ə istinadən xəbər verir ki, o, xəbər saytına verdiyi müsahibədə Zərif 1979-cu il İslam İnqilabı, mərhum lider İmam Xomeyninin fikirləri, nüvə danışıqları, eləcə də ABŞ və İsraillə gərginliyin kökləri də daxil olmaqla geniş mövzuları müzakirə edib.
Xarici işlər naziri olmuş Zərif İran xalqının inqilab dövründəki mühüm rolunu vurğulayaraq, onların bu gün də davam edən töhfələrinin İslam Respublikası tərəfindən tanınması və qiymətləndirilməsinin vacibliyini bildirib.
“İnqilabın ön sıralarında xalq dayanıb və ümid edirəm ki, onların əhəmiyyətli rolunu heç vaxt unutmarıq. İrandakı bu böyük xalqdan uzaqlaşdıqca, İmamın (Xomeyni) təlimlərindən də uzaqlaşırıq”. – deyə o qeyd edib.
İmam Xomeyninin İsrailin işğalçılığına qarşı qətiyyətli mövqeyini xatırladan Zərif, İsrail və onun Qərbdəki müttəfiqlərinin İranın guya İsrailə qarşı “vasitəçi qüvvə” təşkil etdiyi barədə təbliğatını rədd edib.
“İşğala qarşı vasitəçi qüvvələrə ehtiyac yoxdur, çünki torpaqları işğal edilən xalqın özü buna qarşı çıxır”. – deyə o vurğulayıb.
Zərif İran-İraq müharibəsi (1980-1988) dövründə İslam Respublikasının üzləşdiyi çətinlikləri xatırladaraq, həmin vaxt İranın Səddam Hüseynin təcavüzünə qarşı raket dəstəyinə ehtiyac duyduğunu qeyd edib. O, məhz bu ağır dövrdə “İslami müqavimət” anlayışının meydana gəldiyini bildirib.
O, 1982-ci ildə Livan müqavimət qüvvələri tərəfindən ABŞ-ın Beyrutdakı dəniz piyadaları bazasına hücumu xatırladaraq, ABŞ-ın Livanı işğal etdiyi halda İranı terrorçu dövlət kimi göstərməsinin riyakarlığını tənqid edib.
“Siz ölkəni işğal etmisiniz və livanlıların sizə təşəkkür etməsini gözləyirsiniz?” – deyə o sual edib. “Bu yanlış təsəvvürlər işğalçılar tərəfindən yaradılır və bu qüvvələr İranın vasitəçi qüvvələri kimi təqdim edilir”.
O, diqqəti işğala qarşı mübarizədən yayındıraraq, İran və İsrail arasında münaqişə kimi göstərmək cəhdlərinə qarşı xəbərdarlıq edib. “Onlar mübarizəni işğala qarşı mübarizədən İranla İsrail arasındakı münaqişəyə çevirmək istəyirlər”.
Müasir tarixdə müxtəlif formalı işğallardan keçən İranın artıq dünyanın ən böyük güclərinə qarşı heç kəsin köməyi olmadan özünü müdafiə edə bildiyini vurğulayıb. “Artıq özümüzü təhdid altında hiss etmirik”. – deyə o əlavə edib.
2015-ci il nüvə razılaşması ilə bağlı Zərif, Qərblə “şərəfli danışıqlara” görə İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin dəstəyini yüksək qiymətləndirib.
“Mən JCPOA-ya qarşı olanlara etiraz etmirəm, lakin bu, aldatmadan uzaq, konstruktiv mühitdə aparılmalıdır və onlar ABŞ və İsrailin təbliğat ruporuna çevrilməməlidirlər”. – deyə o nüvə razılaşmasının rəsmi adı ilə bağlı fikrini bildirib.
Maral Şahverdili
13:17 12.01.2025
Oxunuş sayı: 2688