Mask Avropanı yenidən böyük etməyə çağırdı
Amerikalı milyarder İlon Mask Almaniyada Sosial Demokrat Partiyasının növbəti seçkilərdə kansler namizədi kimi Olaf Şoltsu irəli sürməsinə cavab olaraq, Avropanı yenidən böyük etməyə çağırıb. Crossmedia.az xəbər verir ki, bu barədə İlon Mask X sosial şəbəkəsində paylaşım edib.
“Gəlin Avropanı yenidən böyük edək,” – deyə Mask bildirib.
Dekabr ayında Mask Almaniya hakimiyyətini və ənənəvi siyasi partiyaları öz xalqını məyus etməkdə günahlandırıb. O, bildirib ki, Almaniyanın yeganə ümid yeri sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasıdır.
Noyabr ayında isə milyarder kansler Olaf Şoltsu “axmaq” adlandırmışdı.
Emil Bağızadə
08:35 12.01.2025
Oxunuş sayı: 2544