CROSSMEDIA - Almaniya ordusunda yeni birlik yaradılacaq
Xarici xəbərlər

Almaniya ordusunda yeni birlik yaradılacaq

Almaniya ordusunda ölkədəki infrastruktur və mühüm hərbi obyektlərin təhlükəsizliyini qorumaq üçün Quru Qoşunlarına bağlı yeni birlik yaradılacaq. Yeni “vətən mühafizəsi” bölməsi növbətçi və ehtiyatda olan əsgərlərdən ibarət olacaq.

Crossmedia.az Anadolu agentliyinə istinadla xəbər verir ki,  bu barədə Almaniya Ordusunun Quru Qoşunlarının sözçüsü məlumat verib.

Qeyd edək ki, birlik hər hansı bir gərginlik, müdafiə və ya böhran vəziyyətində limanları, dəmir yollarını, yük daşıma məntəqələrini, boru kəmərlərini, rəqəmsal infrastrukturu və əsgərlərin tranzit yollarını qorumaq vəzifəsini öz üzərinə götürəcək.
Sülh dövründə isə birliyin əsgərləri fəlakət, epidemiya və terror kimi vəziyyətlərdə vəzifələndiriləcək.

Nəzrin Salmanova 

19:45 11.01.2025

Oxunuş sayı: 7683

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR