Belçika bu qərar layihəsini təsdiqləyib
Belçika Rusiyadan LNG-nin təkrar ixracını qadağan edən qərar layihəsini təsdiqləyib.
Crossmedia.az xarici KİV-ə istinadla bildirir ki, Belçika Nazirlər Kabineti, əvvəllər tətbiq edilmiş Aİ sanksiyalarına uyğun olaraq Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) təkrar ixracını qadağan edən qərar layihəsini təsdiqləyib.
Sənəddə qeyd olunur ki, kral fərmanı layihəsi Aİ-nin 2024/1745 saylı tənzimləməsi çərçivəsində qadağalara əməl olunmasını təmin etmək üçün bir sıra nəzarət mexanizmlərini nəzərdə tutur.
Qeyd edək ki, qadağa həm bir gəmidən digərinə yanacağın ötürülməsinə, həm də sahildə yüklənməsinə şamil edilir.
Fatimə Məmmədova
17:42 11.01.2025
Oxunuş sayı: 4413