CROSSMEDIA - Ukrayna əsgərləri Kuraxova istiqamətində əsir götürülüb
Xarici xəbərlər

Ukrayna əsgərləri Kuraxova istiqamətində əsir götürülüb

Crossmedia.az TASS-a istinadən xəbər verir ki, "Cənub" qrupu 16 Ukrayna Silahlı Qüvvələri əsgərinin əsir götürülməsi barədə məlumat verib.

Əsgərlər  Rusiya Silahlı Qüvvələrinin güclü hücumundan və PUA-larla təslim olmağa çağıran vərəqələrin atılmasından sonra Kuraxova istiqamətində təslim olublar.

"Kuraxova istiqamətində 16 Ukrayna Silahlı Qüvvələri əsgəri öz həyatlarını qorumaq üçün silahlarını yerə qoymağa qərar verdilər", - deyə "Cənub" qrupu bildirib.

Qeyd edək ki, Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin 51-ci qvardiya ümumqoşun ordusunun 110-cu qvardiya briqadasının güclü hücumundan sonra təslim olmağa qərar veriblər. Təslim çağırışları isə PUA-lar vasitəsilə atılan vərəqələrdən sonra edilib.

Fatimə Məmmədova 

17:06 11.01.2025

Oxunuş sayı: 4481

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR