Co Bayden Los-Ancelesi "müharibə zonası"na bənzətdi
Bayden Los-Ancelesi "müharibə zonası"na bənzətdi.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden, Los-Anceles şəhərini böyük yanğınların ərazini bürüməsi ilə əlaqədar olaraq "müharibə zonası"na bənzədib.
"Bu mənə daha çox müəyyən hədəflərin bombalandığı müharibə səhnəsini xatırlatdı", deyə Bayden bildirib.
Prezident əlavə edib ki, xaos zamanı "talan faktları" müşahidə olunub.
Bayden, Prezident Donald Trampın meşə döşəmələrinin süpürülməsi ilə yanğın təhlükəsinin azaldılması təklifini istehza ilə tənqid edib.
Prezident əlavə edib ki, bu səbəbdən yanğın bölgələrində təhlükəsizliyi artırmaq üçün polis və milli qvardiyanın əsgərləri yerləşdirilib:
"Burada qarışıqlıqdan istifadə edənlər var. Vəziyyət mürəkkəbdir və bəzi insanlar bundan faydalanmağa çalışır".
Bayden, Los-Anceles meri Karen Bass ilə keçirdiyi görüş zamanı onu işləməyən yanğın hidrantlarına görə tənqid edənləri dəstəkləmədi:
"Mən bilirəm ki, siz haqsız tənqidlər alırsınız. Bir az insaf edin".
O, hidrantların işləməməsinin elektrik enerjisinin kəsilməsi ilə əlaqəli olduğunu bildirib. Çünki yanğınların qarşısını almaq üçün enerji təchizatı dayandırılıb və bu, su vurma imkanlarını əngəlləyib.
Kaliforniya qubernatoru Qavin Nyusom brifinq zamanı yanğınlarla bağlı yayılan yanlış məlumatlarla mübarizənin vacibliyini vurğulayıb:
"Bu ölkəni bölmək istəyən insanlar var və biz bununla mübarizə aparmalıyıq".
ABŞ vitse-prezidenti Kamala Harris yanğınlara reaksiya verən insanların göstərdiyi qəhrəmanlıqdan danışıb:
"Bu, Amerika ruhunun ən yaxşı nümunəsidir", deyə Harris bildirib.
Qeyd edək ki , yanğınlar nəticəsində böyük təbii və ictimai məkanlar məhv olub.
Fatimə Məmmədova
16:03 11.01.2025
Oxunuş sayı: 5443