CROSSMEDIA - Rusiya İsrailə gecə uçuşlarına qadağanı daha bir ay uzatdı
Xarici xəbərlər

Rusiya İsrailə gecə uçuşlarına qadağanı daha bir ay uzatdı

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) İsrailə Rusiyadan olan reyslərin gecə saatlarında həyata keçirilməsinə qoyulan qadağanı daha bir ay – 11 fevrala qədər uzadıb. 

Bu barədə Crossmedia.az “İnterfaks”a istinadən xəbər verir.

Məlumata görə, qadağa hələ də Moskva vaxtı ilə 01:00-dan 07:00-a qədər qüvvədədir və bunun səbəbi “sərnişin aviasiyasının uçuşlarının təhlükəsizliyinə davam edən təhdidlərlə” izah olunur.

Digər saatlarda, yəni 07:00-dan 01:00-a qədər uçuşlar üçün aviaşirkətlərə ICAO-nun münaqişə zonaları üzərində və yaxınlığında uçuş risklərinin qiymətləndirilməsinə dair tövsiyələrini nəzərə almaq təklif olunur.

Bu məhdudiyyətlər ilk dəfə 11 noyabrda tətbiq edilmiş və iki dəfə uzadılmışdır.

Hazırda Rusiyadan İsrailin Təl-Əviv şəhərinə birbaşa reysləri “Red Wings” və “Azimut” aviaşirkətləri həyata keçirir. Bu məqsədlə Rusiyada istehsal olunan Superjet 100 və Tu-214 təyyarələri istifadə olunur.

Gültac Mehdizadə

15:26 11.01.2025

Oxunuş sayı: 4833

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR