İŞİD-in Suriyada terror aktının qarşısı alınıb
Suriyanın Suriyanın yeni hökumətinin təhlükəsizlik xidməti Dəməşqin cənubundakı Seyidə Zeynəb məscidində partlayışın qarşısını almaq üçün əməliyyat keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, terror aktı İŞİD terror təşkilatının silahlıları tərəfindən hazırlanıb.
“Əməliyyat nəticəsində Suriya xalqına qarşı bu böyük vəhşiliyin hazırlanmasında iştirak edən İŞİD üzvləri həbs edilib”, - məlumatda qeyd olunub.
14:57 11.01.2025
Oxunuş sayı: 3919