CROSSMEDIA - Ermənistan narazıdır: "Rusiya bizi aldadır"
Xarici xəbərlər

Ermənistan narazıdır: "Rusiya bizi aldadır"

Ermənistan Rusiya ilə bağlı narazılığını bildirib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistanda hakim "Vətəndaş Razılaşması" partiyasının deputatı Qaqik Melkonyanın sözlərinə görə, Rusiya Ermənistanı aldadır.

"Biz Rusiyaya daha çox lazımıq, nəinki Rusiya bizə. Rusiya bizi aldadır, amma biz onların mallarını ixrac edirik. Onlar sanksiya altındadır, biz onlara qazanc əldə etməyə kömək edirik. Qazı isə bizə satırlar. Qiymətləri artırmaq istəsələr, bizim alternativlərimiz var. Böyük dəyişikliklər baş verib. Onlar olmasa, Ermənistan da olmayacaq deyə bir şey yoxdur. Ermənistan öz təhlükəsizliyi haqqında düşünməlidir. Qonşu ölkə hər saniyə bizə müharibə ilə hədələyir. Əsas səbəblər hansılardır? Rusiya bizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə hədələyir, buna görə də biz öz ölkəmizin maraqlarını anlamalıyıq.

Onlar həmişə düşünürdülər ki, biz onların köləsiyik. 100 il əvvəl də eyni hadisə baş verdi. Başqa yollar axtarmaq vaxtı deyilmi? Bu yol Avropa İttifaqına doğrudur, bizi orada mütləq qəbul edəcəklər".

Fatimə Məmmədova

14:10 11.01.2025

Oxunuş sayı: 4123

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR