Qəzzada həyatını itirənlərin sayı 46 min 537-yə çatdı
İsrailin Qəzza zolağına qarşı hücumları nəticəsində son 48 saat ərzində 32 fələstinli həyatını itirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, İsrail qüvvələri son 48 saat ərzində 5 hücum həyata keçirib. Bu hücumlar nəticəsində 32 nəfər həyatını itirib, 193 nəfər isə yaralanıb.
Hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu günə qədər ümumilikdə 46 min 537 nəfər həyatını itirib. 109 min 571 nəfər isə yaralanıb. Əvvəlki statistikalara daxil edilməyən 499 ölümün də əlavə edildiyi vurğulanıb.
Qeyd edək ki, hücumlar 463 gündür davam edir.
Fidan Hacızadə
12:27 11.01.2025
Oxunuş sayı: 3680