Rusiyaya ən çox bu ölkənin şirkətləri vergi verir
Amerika şirkətləri 2023-cü ildə Rusiyada fəaliyyət üçün Rusiya hökümətinə 1.2 milyard, 2024-cü ildə isə 1.1 milyard dollar vergi ödəyiblər.
Crossmedia.az "Newsweek" Kiyev iqtisadi məktəbinə istinadən xəbər verir ki, bir çox şirkət Rusiya bazarını tərk etdiyini bildirsə də, fərqli adla Rusiyada qalmağa davam edirlər. Buna görə də ABŞ Rusiya büdcəsinə ən çox vergi ödəyən ölkə olub.
ABŞ-dan başqa, 2023-cü ildə Kremlə ən çox gəlir vergisi ödəyən ikinci ölkə Almaniya olub, onun şirkətləri Rusiyaya 693 milyon dollar ödəyib.
Üçüncü yerdə şirkətlərin Putin rejiminə 579 milyon dollar gəlir vergisi ödədiyi Avstriya qərarlaşıb.
12:16 11.01.2025
Oxunuş sayı: 3362