CROSSMEDIA - Los-Ancelesdə təyyarə dronla toqquşub
Xarici xəbərlər

Los-Ancelesdə təyyarə dronla toqquşub

Los-Ancelesdə meşə yanğını zamanı yanğınsöndürmə təyyarəsi icazəsiz uçan pilotsuz təyyarə ilə toqquşub.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində tarixinin ən böyük yanğınlarından biri yaşanır. Böyüməkdə davam edən yanğınla mübarizə nəticə verməyib. Meşə yanğınına müdaxilə edən yanğınsöndürmə təyyarəsi olan "Super Scooper" icazəsiz uçan dronla toqquşub. Qəzadan sonra təyyarə qanadının zədələnməsi səbəbindən uçuşu dayandırmalı olub və təmir üçün yerə enib. Hadisədən sonra Los-Anceles polisi dronu kimin idarə etdiyini müəyyən etmək üçün araşdırmalara başlayıb.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) qəza ilə bağlı araşdırma aparıb.

Səlahiyyətlilər yanğınsöndürmə səyləri zamanı dron istifadə etməyin 12 aya qədər həbs cəzası və ya 75 min dollara qədər cərimə ilə nəticələnə biləcəyini bildirib. Vətəndaşları bu mövzuda diqqətli olmağa çağırıb.

Tərlan Əmrahova

11:32 11.01.2025

Oxunuş sayı: 3910

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR