CROSSMEDIA - Türkiyə XİN Suriya ilə bağlı keçiriləcək növbəti iclasa qatılacaq
Xarici xəbərlər

Türkiyə XİN Suriya ilə bağlı keçiriləcək növbəti iclasa qatılacaq

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Suriya ilə bağlı Ər-Riyadda keçiriləcək iclasa qatılacaq.

Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, nazirin sabah Ər-Riyadda qatılacağı iclas, 14 dekabr 2024-cü ildə İordaniyanın Aqaba şəhərində eyni mövzuda keçirilən iclasın davamıdır.

İclasda Türkiyə və Suriyanın xarici işlər nazirləri ilə yanaşı, Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) üzvləri (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman), İraq, Livan, İordaniya, Misir, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri səviyyəsində ABŞ və İtaliyanın iştirakı gözlənilir.

Bundan əlavə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin, Ərəb Liqasının baş katibinin, Körfəz Əməkdaşlıq Təşkilatının baş katibinin və BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsinin iclasda iştirakı gözlənilir.

Aybəniz Səfərova

09:45 11.01.2025

Oxunuş sayı: 4832

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR