CROSSMEDIA - Əli Əkbər Əhmədian Ermənistan rəhbərliyinə bir sıra tələblər irəli sürüb
Xarici xəbərlər

Əli Əkbər Əhmədian Ermənistan rəhbərliyinə bir sıra tələblər irəli sürüb

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian İrəvana səfəri zamanı Ermənistan rəhbərliyinə bir sıra tələblər irəli sürüb və onların yerinə yetirilməməsi bu ölkə üçün ciddi nəticələrə səbəb ola bilər.

Crossmedia.az Caliber.Az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata istinadən bildirir ki, Əli Əkbər Əhmədian birmənalı olaraq Ermənistan rəhbərliyini Aİ və NATO-ya üzvlük istəyindən əl çəkməyə çağırıb. O, erməni həmkarlarına açıq şəkildə xəbərdarlıq edib ki, bu kursu davam etdirmək İrəvan üçün yaxşı heç nə vəd etməyəcək.

Əhmədian həmçinin vurğulayıb ki, İran Ermənistandan Aİ-nin casus missiyasını məhdudlaşdırmasını gözləyir. Əgər İrəvan Tehranın şərtləri ilə razılaşarsa, o zaman İran rəsmisi bunun müqabilində iki ölkə arasında müdafiə paktının bağlanmasını təklif edib ki, bu paktda İran silahlı qüvvələrinin Ermənistan ərazisinə yeridilməsi kimi elementlər də var.

”Gördüyümüz kimi, Ermənistan iki, hətta üç atəş arasında qaldı. Onun hansı yolu, hansı inkişaf variantını seçəcəyi çox tezliklə bəlli olacaq. Amma bir şey danılmazdır: İrəvan elə vəziyyətə düşüb ki, hər bir sonrakı addım əvvəlkindən daha ağrılı olacaq. Ancaq burada rəğbətə yer yoxdur, Ermənistan hakimiyyətinin Azərbaycanla barışmaq, Türkiyə ilə münasibətləri bərpa etmək və bununla da bütün sahələrdə özünü belə mənfi ssenaridən qorumaq üçün kifayət qədər vaxtı var idi.”


18:44 10.01.2025

Oxunuş sayı: 4437

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR