Fransa Əlcəzairə etiraz etdi
Əlcəzair deportasiya edilən əlcəzairli blogger Boualem Sansalı qəbul etməkdən imtina edib. Fransa daxili işlər naziri bunun Fransanı alçaltmaq məqsədilə edildiyini bildirib.
Crossmedia.az "BFMTV"yə istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Naziri Bruno Retaillo məlumat verib.
"Əlcəzair məsələsinə görə biz son dərəcə narahatıq. Bu mövzuda əlimizdə olan bütün vasitələri nəzərdən keçirməliyik" - deyə Retaillo əlavə edib.
O, Əlcəzairlilərə verilən vizaların sayının azaldılması və Əlcəzairə maliyyə yardımının kəsilməsinin mümkünlüyü haqqında da danışıb. Hazırda yardımın məbləği 131,79 milyon avro təşkil edir. Bu da ÜDM-i 240 milyard avro olan ölkə üçün çox kiçik məbləğdir.
Yaşayış icazəsi ilə Fransanın cənubundakı Monpelyedə yaşayan bloger Doualem, yanvarın 4-də TikTok kanalında “Fransa ərazisində zorakılıq hərəkətlərinə çağırış” ittihamı ilə həbs edilib. O, deportasiya edilsə də Əlcəzair onu geri göndərdi. Qayıdandan sonra o, Seine-et-Marne departamentindəki müvəqqəti saxlama məntəqəsinə yerləşdirilib. Bloqqer videonu çəkərkən narkotik maddənin təsiri altında olduğunu iddia edib.
Tərlan Əmrahova
15:14 10.01.2025
Oxunuş sayı: 5363