CROSSMEDIA - Şolts Ukraynaya yeni hərbi yardım paketini bloklayıb
Xarici xəbərlər

Şolts Ukraynaya yeni hərbi yardım paketini bloklayıb

Almaniya kansleri Olaf Şolts Ukraynaya 3 milyard avro dəyərində yeni hərbi yardım paketini bloklayıb.

Crossmedia.az bu barədə Der Spiegel-ə istinadən xəbər verir. 

Almaniya Müdafiə Nazirliyi artıq üç IRIS-T hava hücumundan müdafiə sistemi, Patriot raketləri, 10 haubitsa və döyüş sursatı da daxil olmaqla silahların siyahısını hazırlayıb. Bununla belə, kansler ofisi fevralın 23-də keçiriləcək Bundestaq seçkilərindən sonra yeni hökumətin öhdəsindən gəlmək istəmədiyini əsas gətirərək, bu paketi təsdiq etməyəcəklərini açıq şəkildə bildirib.

Eyni zamanda, Berlin Almaniyanın Kiyevə silah tədarükünü davam etdirmək üçün hələ də kifayət qədər resurslara malik olduğuna əmindir. 

12:11 10.01.2025

Oxunuş sayı: 4155

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR