Blinken Romada Suriya, Livan və Qəzzənı müzakirə edib
ABŞ Dövlət katibi Antoni Blinken İtaliyanın paytaxtı Romada “Transatlantik Beşlik” (Quint) üzvü olan ölkələrin xarici işlər nazirləri və diplomatları ilə görüş keçirib.
Crossmedia.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin açıqlamasına əsasən, görüşdə İtaliyanın xarici işlər naziri Antonio Tajani, Böyük Britaniyanın xarici işlər naziri David Lammy, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas, eləcə də Almaniya və Fransanın diplomatları iştirak edib.
Görüşdə Suriya, Livan və Qəzzədəki son vəziyyət müzakirə olunub. Suriya ilə bağlı keçid dövrü və bölgənin sabitliyinə dair fikir mübadiləsi aparılıb. Suriya rejiminin qonşu ölkələr üçün təhlükə yaratmaması üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb. Həmçinin Suriya vətəndaşlarının hüquqlarının qorunması və beynəlxalq humanitar qanunların təmin olunması məsələləri müzakirə edilib.
Livanla bağlı toplantıda davam edən münaqişələrin dayandırılması və dayanıqlı atəşkəsin təmin edilməsi, Qəzzədə isə müharibənin sona çatdırılması, əsirlərin azad edilməsi və humanitar yardımın artırılması ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, “Transatlantik Beşlik” ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliyadan ibarət əməkdaşlıq mexanizmidir.
Gültac Mehdizadə
12:05 10.01.2025
Oxunuş sayı: 3815