Myanma ordusu kəndi bombaladı: Onlarla ölü və yaralı
Myanma ordusu Ramri adasında etnik Arakan ordusunun nəzarətində olan Kyauk Ni Maw kəndinə hava hücumu həyata keçirib.
Crossmedia.az xəbər verir ki, hücum nəticəsində ən azı 40 nəfər həlak olub, 20 nəfər yaralanıb. Partlayışlardan sonra başlayan yanğınlar kənddə yüzlərlə evi külə çevirib.
Myanma ordusu hücumla bağlı heç bir açıqlama verməyib. Xəbər bölgədə fəaliyyət göstərən yardım təşkilatının məlumatlarına əsaslanır.
Gültac Mehdizadə
11:58 10.01.2025
Oxunuş sayı: 4781