Litvadan Rusiyaya ərazi iddiası- Peskovdan cavab gəldi
Litva prezidenti Gitanas Nauseda Kalininqradın tarixən Litvaya aid olduğu ilə bağlı açıqlama verib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O, bildirib ki, Kalininqrad əyaləti Litva Respublikasının tarixi ərazisidir:
"Bu ərazinin Rusiyaya heç bir aidiyyatı yoxdur. Kalininqrad Litvaya aid ərazidir".
Məsələyə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov münasibət bildirib.
O, vurğulayıb: "Litvanın Rusiya Federasiyasına ərazi iddiaları var, bu, Moskvanın bütün təhlükəsizlik tədbirlərinə haqq qazandırır".
11:56 10.01.2025
Oxunuş sayı: 3356