CROSSMEDIA - İnsan alverçilərinə qarşı əməliyyat keçirilib: 26 nəfər xilas edilib
Xarici xəbərlər

İnsan alverçilərinə qarşı əməliyyat keçirilib: 26 nəfər xilas edilib

Cənubi Afrika Respublikasında (CAR) polis insan alverçilərinin girov götürdüyü 26 qeyri-qanuni miqrantı xilas edib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Afrika polisinin yaydığı məlumata görə, Yohannesburq şəhərinin şimalındakı Sandrinhem bölgəsində bir evə əməliyyat keçirildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, girov saxlanılan 26 etiyopiyalı əməliyyat nəticəsində  azad edilib. Həmçinin üç insan alverçisi həbs olunub. Xilas edilənlərdən 11-i müalicə üçün xəstəxanaya yerləşdirilib.

Gültac Mehdizadə

11:50 10.01.2025

Oxunuş sayı: 3736

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR