"Meta" istintaqa cəlb olunacaq
"Meta" süni intellekt üçün müəllif hüquqları ilə qorunan məlumatlardan istifadə etmiş ola bilər.
"Meta", "Llama" süni intellektini təkmilləşdirmək üçün istifadə etdiyi məlumatlara görə istintaqa cəlb olunacaq. Sarah Silverman və Ta-Nehisi Coates də daxil olmaqla bir qrup yazıçı müəllif hüquqlarının pozulması ilə bağlı "Meta" haqqında iddia qaldırıblar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniyanın Şimal Bölgəsi üzrə Dairə Məhkəməsində "Meta"nın qanunsuz olaraq pirat kitablar və məqalələr toplusundan istifadə etdiyini iddia ediblər.
Şikayətçilərin iddiasına görə "Meta", "Cengage Learning", "Macmillan Learning", "McGraw Hill" və digər nəşriyyatların əsərlərinin yerləşdirmək üçün "LibGen" məlumat bazasından istifadə edib. Müəlliflər əvvəllər də "LibGen"ə bir neçə dəfə müəllif hüquqlarının pozulmasına görə iddialar qaldırıblar.
"Meta"nın materiallardan müəllif hüquqları haqqında məlumatları çıxadığı və bu çərçivədə Kaliforniyada fırıldaqçılıq qanununu pozduğu bildirilib. Oxşar problemlər daha əvvəl digər süni intellekt modellərində də yaşanmışdı.
"Meta"ya qarşı qaldırılan bu iddia süni intellektin inkişafı ilə əqli mülkiyyət hüquqları arasındakı gərginliyin mühüm göstəricisi hesab olunur. İşin nəticəsi süni intellekt dünyası üçün böyük nəticələrə səbəb ola bilər.
Tərlan Əmrahova
11:25 10.01.2025
Oxunuş sayı: 3032