CROSSMEDIA - Almaniyada Çinə casusluq ittihamı ilə üç nəfər məhkəməyə cəlb edilib
Xarici xəbərlər

Almaniyada Çinə casusluq ittihamı ilə üç nəfər məhkəməyə cəlb edilib

Almaniyanın Düsseldorf Yüksək Əyalət Məhkəməsində Çin üçün casusluq etdikləri iddia olunan 3 nəfər - Herwig S., Ina F. və Thomas R. haqqında məhkəmə prosesi başlayıb.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki,  Federal Baş Prokurorluğun məlumatına görə, bu şəxslər 2017-ci ildən etibarən Çin Gizli Xidməti MSS üçün hərbi texnologiyalar haqqında məlumat toplamaq və bu məlumatları Çinlə paylaşmaqda ittiham olunurlar.

İddianaməyə görə, məlumatların toplanması Herwig F. və Ina F.-nin idarə etdiyi şirkət vasitəsilə həyata keçirilib. Sanıqların Almaniyadan xüsusi lazerlər alıb icazəsiz şəkildə Çinə ixrac etdiyi də bildirilib.

Qeyd edək ki, 22 aprel 2024-cü ildə həbs olunan Ina F. və Herwig F. daha sonra azadlığa buraxılıb. Məhkəmə prosesi davam edir.

Fidan Hacızadə

10:56 10.01.2025

Oxunuş sayı: 3190

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR