Kallas: "Biz ABŞ-ın gələcək dəstəyi barədə spekulyasiya etməməliyik”
ABŞ artıq Ukraynaya dəstək vermək istəməsə, Aİ Ukraynaya dəstək təşəbbüsü ilə çıxış etməyə hazırdır.
Crossmedia.az Politico-ya istinadən xəbər verir ki, bu sözləri bu gün Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ramşteyn görüşünə gedərkən deyib.
Lakin o, əlavə edib ki, hazırda “biz ABŞ-ın gələcək dəstəyi barədə spekulyasiya etməməliyik”, çünki “Rusiyanın dünyanın ən güclüsü olması Amerikanın marağında deyil”.
10:18 10.01.2025
Oxunuş sayı: 3995