CROSSMEDIA - Bu ölkələr sərhəd məsələlərini müzakirə edib
Xarici xəbərlər

Bu ölkələr sərhəd məsələlərini müzakirə edib

Özbəkistan, Qırğızıstan və Tacikistanın baş nazirləri – Aripov, Kasımaliyev və Rasulzoda dövlət sərhədlərinin kəsişmə nöqtəsində görüş keçiriblər.

Crossmedia.az Qırğızıstan hökumətinin mətbuat xidməti-nə istinadən bu barədə məlumat verir.

Görüş zamanı ticarət, logistika, su-energetika və mədəni-humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Xüsusi diqqət sərhədyanı və regionlararası əməkdaşlığın inkişafına yönəldilib. Görüşün yekununda tərəflər bu toplantının regionun gələcək onilliklərdəki taleyini ölkələrin rifahı naminə müəyyən edəcəyinə əminlik ifadə ediblər.

Emil Bağızadə 

10:06 10.01.2025

Oxunuş sayı: 4330

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR