Yaponiya Priqojinin anasına qarşı sanksiyaları ləğv edir
Yaponiya hökuməti səkkiz nəfərin, o cümlədən rusiyalı biznesmen və “Vaqner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojinin anası Violetta Priqojinanın sanksiya siyahısından çıxarıldığını elan edib.
Crossmedia.az xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi press-relizində deyildiyi kimi, bu barədə qərar ölkənin Nazirlər Kabineti tərəfindən qəbul edilib.
“Violetta Priqojina da daxil olmaqla səkkiz nəfər sanksiya siyahısından çıxarılıb”, - sənəddə deyilir. Sanksiyaları ləğv edilənlərin siyahısına həmçinin Rusiya Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu - Oleq Tsokov və Georgi Şuvayev də daxil edilib.
Bundan əlavə, ölkə üç Rusiya bankına, həmçinin 29 hüquqi və 11 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Maliyyə institutlarına qarşı tədbirlər bu il fevralın 9-dan qüvvəyə minəcək.
05:51 10.01.2025
Oxunuş sayı: 3810