2024-cü il tarixdə ən isti il oldu
2024-cü il 1850-ci ildən bəri aparılan müşahidələr tarixində ən isti il kimi qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Copernicus" Avropa Yer Müşahidə və Xəritələşdirmə Xidməti məlumat yayıb.
Orta qlobal temperatur ilk dəfə sənaye dövrü əvvəli səviyyəni 1,5°C üstələyib. 2024-cü ilin boreal qışı (2023-cü ilin dekabrından 2024-cü ilin fevralına qədər), boreal yazı (mart-may) və boreal yayı (iyun-avqust) müvafiq mövsümlər üzrə rekord isti keçib.
Bundan əlavə, 2024-cü il iyulun 22-də yeni qlobal orta sutkalıq temperatur rekordu qeydə alınıb – 17,16°C.
Proqnozlara görə, 2025-ci il rekord göstəricilərlə seçilməsə də, müşahidələr tarixində ən isti üç il arasında yer alacaq.
Emil Bağızadə
04:22 10.01.2025
Oxunuş sayı: 3856