Təbii fəlakətlərin qlobal ziyanı kəskin artıb
2024-cü ilin sonunda təbii fəlakətlərin qlobal zərəri illik müqayisədə 19,4 faiz artaraq 320 milyard dollara çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın təkrarsığorta şirkətinin analitikləri bu qənaətə gəliblər .
Keçən il 1980-ci ildən bəri davam edən müşahidələrin bütün tarixində itkilərə görə beşinci il olmuşdur.
Ümumi məbləğdən sığortalanmış əmlak 2023-cü ildəki 106 milyard dollardan 140 milyard dollar təşkil edib. Sığorta itkilərinin həcminə görə ötən il tarixdə üçüncü olub.
Təşkilatın məlumatına görə, qlobal istiləşmə səbəbindən qasırğalar, tufanlar, daşqınlar və quraqlıqlar getdikcə güclənir və tez-tez baş verir. Təbii fəlakətlər 2024-cü ildə bütün itkilərin 93 faizini təşkil edib. Daşqınlar, meşə yanğınları və fırtınalar nəticəsində dəyən ziyan 136 milyard dollar təşkil edib ki, bu da keçən ilki 143 milyard dollardan az, lakin 10 illik orta hesabla 110 milyard dollardan çoxdur. Tropik siklonlardan itkilər 135 milyard dollar təşkil edib.
19:26 09.01.2025
Oxunuş sayı: 3180