CROSSMEDIA - Balıqçı pələng tərəfindən parçalanıb
Xarici xəbərlər

Balıqçı pələng tərəfindən parçalanıb

Hindistanda 47 yaşlı balıqçı pələng tərəfindən parçalanıb. 

Crossmedia.az bu barədə Millenium Post-a istinadən xəbər verir.

Üç nəfərdən ibarət qrup Sundarbans Milli Parkındakı Qazıxalı çayına gedib. Kişilər çubuqlarını çıxarıb balıq tutuqları zaman meşə kollarından bir pələng peyda olub və onlara hücum edib.

Yırtıcı 47 yaşlı Kaharın üzərinə atılaraq onu tutub. Dostları kömək etməyə çalışsalar da, onu xilas edə bilməyiblər - o, yerindəcə keçinib. 

18:41 09.01.2025

Oxunuş sayı: 4212

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR