CROSSMEDIA - Polşa Netanyahunu Auşvitsin azad edilməsi ilə bağlı tədbirlərə dəvət etdi
Xarici xəbərlər

Polşa Netanyahunu Auşvitsin azad edilməsi ilə bağlı tədbirlərə dəvət etdi

Polşa hökuməti İsrailin Baş naziri Binyamin Netanyahuya Auşvits (Osvensim) düşərgəsinin azad edilməsi ilə bağlı keçiriləcək 80 illik yubiley mərasimlərinə qatılmaq imkanı verib. Baxmayaraq ki, Netanyahunun həbsi barədə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən çıxarılmış qərar var.

Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.

Polşa Baş naziri Donald Tusk bildirib ki, Polşa hökuməti İsrail dövlətinin yüksək vəzifəli nümayəndələrini tədbirə sərbəst və təhlükəsiz girişini təmin edəcək. Həmçinin, Tusk Netanyahunun Polşaya gəlişinin “həssas bir məsələ” olduğunu vurğulayıb. Polşa, BÇM-nin verdiyi həbs orderinə baxmayaraq, Netanyahuya təhlükəsizliyin təmin olunacağına zəmanət verməli idi.

Polşa Prezidenti Anjey Dudanın müvafiq sorğusundan sonra hökumət, Netanyahunun bu mühüm tədbirdə iştirak etməsinə icazə verilməsini qərara alıb.

Daha əvvəl, Serbiya Prezidenti Aleksandar Vuçiç, Auşvitsin azad edilməsinin 80 illiyi münasibətilə Rusiya nümayəndə heyətinin dəvət edilməməsini tənqid edib, ölüm düşərgəsinin məhbuslarını azad edənlərin tədbirlərdə nümayəndəliyinin olmamasının qəribə olduğunu qeyd edib.

Gültac Mehdizadə 

19:13 09.01.2025

Oxunuş sayı: 3210

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR