CROSSMEDIA - Ermənistandan Rusiyaya etiraz: telekanalların yayımı ilə bağlı Moskvaya təkliflər göndərəcək
Xarici xəbərlər

Ermənistandan Rusiyaya etiraz: telekanalların yayımı ilə bağlı Moskvaya təkliflər göndərəcək

Ermənistan Rusiya telekanallarının yayımı ilə bağlı Moskvaya təkliflər göndərəcək

Crossmedia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 2025-cü il yanvarın sonunadək Ermənistan Rusiya telekanallarının respublikanın ictimai multipleksində yayımı ilə bağlı təkliflərini Moskvaya göndərməyi planlaşdırır.

Ermənistanın yüksək texnologiyalar sənaye naziri Mxitar Ayrapetyan qeyd edib ki, hazırkı saziş 2027-ci ildə başa çatacaq və erməni tərəfi son bir neçə ildə problemli hesab etdiyi bir neçə məqama yenidən baxmaq niyyətindədir.

Nazir bildirib ki, bu təkliflər müzakirə olunacaq və nəticədə sazişə düzəlişlər ediləcək.

Həmçinin, 2025-cü ilin martında Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsi “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” verilişlərini bağlamaq qərarına gəlib.

Samirə Şərif

15:46 09.01.2025

Oxunuş sayı: 4684

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR