Zelenski müttəfiqlərdən tələb etdi: Əgər bunları verməsəniz...
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın Ramştayn hərbi bazasında keçirilən "Kiyevə dəstək" üzrə Əlaqə Qrupunun iclasında müttəfiqləri hava hücumundan müdafiə sistemlərinin çatdırılmasında gecikmələrə görə tənqid edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Qərb ölkələrinə artıq təmin edilən sistemlərə görə təşəkkür etsə də, Ukraynanın daha çox sistemə ehtiyacı olduğunu vurğulayıb.
Zelenski, yeni hava hücumundan müdafiə sistemlərinin təmin edilməsi ilə bağlı Qərb tərəfdaşlarına müraciət edib. Bu, Ukraynanın ən yeni “Oreşnik” hipersəs ballistik raketini sınaqdan keçirməsindən sonra baş verib. Sözügedən raketlərin müasir müdafiə sistemləri tərəfindən tutulması mümkün deyil. Zelenski, bu sistemlərin işləyə biləcəyini qeyd etsə də, konkret adlar açıqlamayıb.
Xatırladaq ki, Co Bayden administrasiyası və Ukrayna rəhbərliyi 2025-ci ildə Rusiya ilə danışıqlara başlamağı planlayırdı.
Mənbələrin məlumatına görə, Amerika və Ukrayna tərəfləri Moskva ilə dialoq qurmağı, 2024-cü ilin noyabrında keçirilmiş prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, həyata keçirməyi düşünüb.
Həmçinin, Donald Tramp administrasiyasında Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloq bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Rusiya lideri Vladimir Putinə güzəştə getməyi planlaşdırmır. Onun sözlərinə görə, respublikaçı sülhü ədalətli və düzgün şərtlərlə təmin etməyə çalışacaq.
Gültac Mehdizadə
13:50 09.01.2025
Oxunuş sayı: 4329