CROSSMEDIA - Almaniyada yaşlı əhalinin sayı rekord həddə çatır
Xarici xəbərlər

Almaniyada yaşlı əhalinin sayı rekord həddə çatır

Almaniyanın Federal ailə, yaşlılar, qadınlar və gənclər üzrə naziri Liza Paus və Martina Brandt Berlində keçirilən mətbuat konfransında “9-cu Yaşlanma Hesabatı”nı təqdim ediblər. 

Crossmedia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hesabatda ölkədə yaşlıların yaşayış şəraiti, maddi təminat, məşğulluq, qayğı işi, sağlamlıq, mənzil və ictimai münasibətləri müzakirə olunub. 

Məlumatda bildirilib ki, 80 yaşdan yuxarı əhalinin yaxın illərdə daha da artaraq, 2050-ci ilə qədər 6 milyondan 8-10 milyona çatacaq. Həmçinin, yaşlandıqca qayğıya ehtiyacı olan insanların sayının 2023-cü ildəki 5,7 milyondan 2055-ci ilə qədər 7,6 milyona yüksələcəyi bildirilir.

Nəzrin Salmanova

13:44 09.01.2025

Oxunuş sayı: 12294

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR