CROSSMEDIA - Mask Starmeri Britaniyanın baş naziri postundan uzaqlaşdırmağın yollarını axtarır 
Xarici xəbərlər

Mask Starmeri Britaniyanın baş naziri postundan uzaqlaşdırmağın yollarını axtarır 

ABŞ sahibkarı İlon Mask öz müttəfiqləri ilə Keir Starmerin növbəti ümumi seçkilərdən əvvəl Britaniyanın baş naziri vəzifəsindən necə uzaqlaşdırıla biləcəyini müzakirə edib.

Crossmedia.az “TASS”a istinadən xəbər verir ki, məsələ ilə bağlı məlumatlandırılan insanların sözlərinə görə, Mask və onun “sağçı müttəfiqləri” “Böyük Britaniya leyborist hökumətini necə sabitsizləşdirə biləcəklərini” araşdırırlar. Xüsusilə, "Mask, növbəti seçkilərdən əvvəl baş naziri dəyişikliyə məcbur etmək üçün alternativ Britaniya siyasi hərəkatlarına, xüsusən də sağçı populist “Reform UK” partiyasına dəstək yaratmağın mümkün olub-olmaması barədə məlumat axtardı."
Qəzet həmçinin qeyd edir ki, Mask "son altı ayda Britaniya siyasətinə böyük maraq göstərib və Starmer hökumətini getdikcə daha sərt tənqid edib".

Nərgiz Camalzadə

13:14 09.01.2025

Oxunuş sayı: 4105

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR