CROSSMEDIA - Roma Papası Rusiya – Ukrayna müharibəsinə son qoyulması üçün siqnalların olduğunu bildirib
Xarici xəbərlər

Roma Papası Rusiya – Ukrayna müharibəsinə son qoyulması üçün siqnalların olduğunu bildirib

Roma Papası Fransisk Rusiya – Ukrayna müharibəsinə son qoyulması üçün siqnalların olduğunu bildirib. 
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, beynəlxalq ictimaiyyəti bu il müharibənin son qoyulmasına çağırıb. 
O, konkret olaraq hansı siqnallardan söz getdiyini açıqlamayıb. Lakin ədalətli və davamlı sülhə nail olmaq üçün hələ çox iş görülməli olduğunu bildirib.
Papanın fikrincə, dünyada nifrət və qisas zəncirini qırmağın yeganə yolu  bütün ölkələr arasında dialoq qurmaqdır.
O, Rusiya prezidenti Vladimir Putindən zorakılıq və ölüm spiralını dayandırmağı, Ukrayna lideri Volodimir Zelenskidən isə sülh təkliflərinə açıq olmağı  istəyib. Vatikan, həmçinin Moskva ilə Kiyev arasında dialoqda öz vasitəçilik xidmətlərini təklif edib.

12:16 09.01.2025

Oxunuş sayı: 4168

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR