Türkiyədən sərt xəbərdarlıq: Terrora qarşı əməliyyatlar davam edəcək
Türkiyə Silahlı Qüvvələri Suriyanın ərazi bütövlüyünə hörmət edərək, terror qruplaşmalarının silahı yerə qoymayacağı təqdirdə sərhədyanı əməliyyatları davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, PKK/YPG/SDF terror qruplaşmaları tərəfindən mülki şəxslərdən canlı qalxan kimi istifadə edilməsi, habelə onların Tişrin bəndi ərazisinə köçürülməsi insan hüquqlarının pozulmasıdır.
“Türkiyə Silahlı Qüvvələri PKK/YPG/SDQ kimi terror təşkilatlarının Tişrin bəndi kimi strateji obyektlərdən bölgədəki sabitliyi pozmaq üçün istifadə etmək cəhdlərinin qarşısını almaqda qərarlıdır”, - deyə Müdafiə Nazirliyi əlavə edib.
11:42 09.01.2025
Oxunuş sayı: 3697