CROSSMEDIA - İran Ali Milli Təhlükəsizlik Şurasının katibi erməni həmkarı ilə görüşüb
Xarici xəbərlər

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi erməni həmkarı ilə görüşüb

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi erməni həmkarı ilə görüşüb

Crossmedia.az “Tasnim News”a istinadən xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan Cənubi Qafqaz regionuna səfəri çərçivəsində bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla bir araya gəlib.

Məlumata görə, görüşdə Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasının vacibliyi vurğulanıb. Əhmədiyan İranın regional siyasətini izah edərək, bölgənin geosiyasətində heç bir dəyişiklik olmadan Tehranın prinsipal mövqeyindən söz açıb.

Ermənistan və İran arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd edən həmsöhbətlər artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı müzakirə aparıb. Qriqoryan Şimal-Cənub dəhlizində Ermənistanın daha çox iştirakı və strateji əhəmiyyətə malik Çabahar limanının imkanlarından İrəvanın istifadə etmək niyyətini açıqlayıb.

11:36 09.01.2025

Oxunuş sayı: 4143

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR