Gürcüstan Saakaşvili rejiminin cinayətlərini öyrənmək qərarına gəlib
Gürcüstan parlamentində respublikanın keçmiş prezidenti Mixail Saakaşvili rejiminin cinayətlərini araşdırmaq üçün komissiya yaradılacaq.
Crossmedia.az "TASS"a istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze deyib.
“Sistemli cinayətləri araşdırmaq və Saakaşvili rejiminə qiymət vermək üçün Gürcüstan parlamentinin yaz sessiyasının ilk həftəsində 2003-2012-ci illərdə qüvvədə olan rejimi və bu cinayətləri törədən şəxsləri araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılacaq".
11:22 09.01.2025
Oxunuş sayı: 3885