Zurabişvili "Gürcüstanın prezidenti" olaraq qalacağını söyləyib
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili bildirib ki, o, “yeni ofisində prezident funksiyalarını yerinə yetirməkdə davam edir”.
Crossmedia.az xəbər verir ki, Zurabişvili Tbilisidə yeni ofisini təqdim edib və oradan da "Gürcüstanın prezidenti" olaraq qalacağını söyləyib:
“Sizi yeni ofisdə salamlamaq istərdim, bu, Orbeliani sarayına bənzəməyə bilər, amma əhval-ruhiyyə oradadır və prezidentin funksiyaları burada davam edir”,- deyə Zurabişvili deyib.
O, həmçinin yanvarın 20-də keçiriləcək ABŞ prezidentinin andiçmə mərasimində iştirak etməyi planlaşdırdığını bildirib.
Xatırladaq ki, onun prezidentlik müddəti 2024-cü il dekabrın 29-da başa çatıb.
11:07 09.01.2025
Oxunuş sayı: 4305