CROSSMEDIA - KİV: Zelenski ölkəni tərk edir, Ukraynada seçkilər keçiriləcək
Xarici xəbərlər

KİV: Zelenski ölkəni tərk edir, Ukraynada seçkilər keçiriləcək

Ukraynada yeni prezident seçkiləri 2025-ci ilin yayında və ya payızında keçiriləcək.

Crossmedia.az “Danışır Moskva” radiostansiyasına istinadən xəbər verir ki, bu barədə Sosial İqtisadi Araşdırmalar Mərkəzinin direktoru Aleksey Zubets bildirib.

“Ukrayna Prezidenti Volodimir Zelenski başa düşür ki, o, yaxın gələcəkdə ölkəni tərk etməli olacaq.  Yayda, payıza yaxın Ukraynada parlament və prezident seçkiləri olacaq”, - iqtisadçı bildirib.

O əlavə edib ki, Kiyevin Rusiya qazının ölkə ərazisindən tranzitini dayandırmaq qərarı Ukrayna hökumətinin öz əhalisinin qayğısına qalmadığını göstərir.

Qeyd edək ki, bundan əvvəl Ali Radada Ukraynada prezidentlik yarışının başlanacağı proqnozlaşdırılırdı.

10:22 09.01.2025

Oxunuş sayı: 8769

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR