Ermənistan Aİ-yə üzvlük prosesinə start verir
Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Xarici işlər naziri Ararat Mirzoyanın təqdim etdiyi sənəd Aİ ilə müzakirələr üçün işçi mühitin yaradılmasını nəzərdə tutur.
Crossmedia.az mənbəyə istinadən bildirir ki, layihə parlamentdə müzakirə ediləcək.
Baş nazir Nikol Paşinyan bildirib ki, Aİ-yə üzvlük yalnız referendum yolu ilə mümkündür. Referendumdan əvvəl İrəvan Aİ ilə “yol xəritəsi”ni müzakirə etməlidir. Parlamentdə müzakirələrin bu ayın sonuna qədər keçirilməsi planlaşdırılır.
Eyni zamanda A.Mirzoyan İrəvan və Bakının münasibətlərin normallaşdırılması və sərhədlərin delimitasiyası istiqamətində irəliləyiş əldə etdiyini vurğulayıb. O, sülh sazişi layihəsinin 17 maddəsindən 15-i üzrə razılıq əldə olunduğunu qeyd edib.
Emil Bağızadə
09:03 09.01.2025
Oxunuş sayı: 5393