Pentaqon: Rusiya Ukraynada üstünlük sahibidir, amma tam dominant deyil
ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin Rusiyanın Ukrayna müharibəsində üstünlüyə malik olduğunu deyib.
Crossmedia.az "News ru"ya istinadən xəbər verir ki, o, bu barədə “Bloomberq”ə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, bu üstünlük dominant xarakterli deyil.
Bundan əvvəl Pentaqon rəsmisi Ukraynanın mümkün danışıqlara qədər güclü mövqe tutmasının vacibliyini qeyd edib. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin zəif mövqedə olan Kiyevin tələblərinə əhəmiyyət verməyəcək. ABŞ-ın Ukraynanı gücləndirmək üçün bütün səylərini davam etdirdiyi vurğulanıb.
Eyni zamanda, məlum olub ki, ABŞ prezidenti Cozef Baydenin administrasiyası yanvarın 9-da Ukraynaya yeni hərbi yardım paketini elan edəcək. Yardımın dəqiq məbləği hələlik məlum deyil. Lakin mətbuatda yayılan məlumatlara görə, Ukrayna Konqresin ayırdığı qalan 4 milyard dolların hamısını əldə etməyə bilər. Bu vəsaitin bir hissəsinin Donald Trampın administrasiyasının sərəncamında qalacağı ehtimal edilir.
Emil Bağızadə
09:04 09.01.2025
Oxunuş sayı: 4237