Tramp Ukraynanı xilas etmək və suverenliyini qorumaq istəyir - Kit Kelloq
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna- Rusiya müharibəsində 100 gün ərzində nəticə əldə etməyi hədəfləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna müharibəsinin həlli üzrə gələcək xüsusi elçisi Kit Kelloq Fox News-a müsahibəsində deyib.
O, Trampın Ukraynanı xilas etmək və suvrenliyini qorumaq istədiyini bildirib:
“Tramp bunun ədalətli və düzgün olmasını təmin etməyə çalışır. Bu barədə o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə dəfələrlə danışıb”.
Qeyd edək ki, Tramp daha əvvəl yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlədiyini açıqlayıb. Onun fikrincə, Putinlə şəxsi əlaqələr Ukrayna müharibəsinə son qoymağa kömək edə bilər. Respublikaçı lider atəşkəs əldə edə biləcəyinə əmindir və bunun hazırkı prezident Co Baydenin bacarmadığını diqqətə çatdırıb.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada atəşkəs qərarının heç bir yerə aparmayacağını bəyan edib. Lavrovun sözlərinə görə, Moskva təhlükəsizlik tələblərini və qonşularının qanuni maraqlarını təmin edəcək beynəlxalq hüquqi razılaşmalara ehtiyac duyur. O, həmçinin bu razılaşmaların pozulmasının qeyri-mümkün olmasını təmin edəcək hüquqi zəmanətlərin vacib olduğunu vurğulayıb.
08:57 09.01.2025
Oxunuş sayı: 4707