CROSSMEDIA - Dəbdəbəli malikanə sahibkarın gözü qarşısında yanıb
Xarici xəbərlər

Dəbdəbəli malikanə sahibkarın gözü qarşısında yanıb

Los-Angelsin Pacific Palisades bölgəsində 30 yaşlı Orli İsrail 5 milyon dollarlıq dəbdəbəli evini tərk etmək məcburiyyətində qalıb. Belə ki, ev sahibkarın gözü qarşısında yanıb.

Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın  “Daily Mail” nəşri yazıb.

 O, dostu Tanner Çarlzla birlikdə ərazini iri daşlarla əhatə edib üzərinə su tökmək istəsə də, xeyri olmayıb. Hadisə nəticəsində azı iki nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

Yanğınsödürənlər yanğının söndürülməsində çətinlik çəkiblər. Güclü külək onların işinə mane olub.

Hollivud kinostudiyaları hadisə ilə əlaqədar bir sıra premyera nümayişlərinin ləğv edildiyini açıqlayıb. Bundan əlavə, yanvarın 8-də Los-Ancelesdə keçirilməsi planlaşdırılan Screen Actors Guild Award (SAG) nominasiya mərasimi baş tutmayacaq. Təşkilatçılar qərarlarını tədbirin qonaqlarının təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi ilə izah ediblər. 

08:50 09.01.2025

Oxunuş sayı: 4529

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR