Tramp bu şəxsin istefasını tələb edir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ştatda güclü meşə yanğınları fonunda qubernator Gevin Nyusomdan istefa verməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, respublikaçı "Truth Social" şəbəkəsində qeyd edib ki, ABŞ-ın ən gözəl əraziləri yanır:
“Onlar külə dönüblər. Gevin istefaya getməlidir. Hamısı onun günahıdır!",- deyə Tramp yazıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın hazırkı prezidenti Co Bayden yerli hakimiyyət orqanlarına şiddətli yanğınların nəticələrinin öhdəsindən gəlməyə kömək etmək üçün Kaliforniya ştatında böyük fəlakət elan edib.
Qeyd edək ki, Los-Ancelesdə meşə yanğınları nəticəsində dəyən ziyanın 52-57 milyard dollar arasında olacağı proqnozlaşdırılır. "AccuWeather"in baş meteoroloqu Conatan Porterin sözlərinə görə, bu, artıq Kaliforniya tarixindəki ən böyük meşə yanğınlarından biridir.
08:29 09.01.2025
Oxunuş sayı: 4198