CROSSMEDIA - Meksika lideri Trampı öz taktikası ilə "vurdu"
Xarici xəbərlər

Meksika lideri Trampı öz taktikası ilə "vurdu"

Meksika prezidenti Klaudiya Şeynbaum Amerikanın yeni seçilən prezidenti Donald Trampın “Meksika körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirəcəyik” sözlərinə cavab verib. 

Crossmedia.az xəbər verir ki, gündəlik mətbuat konfransında Meksika körfəzi adının 1607-ci ildən beynəlxalq səviyyədə tanındığını xatırladan Şeynbaum deyib:

"Mən 1607-ci ilə aid köhnə xəritəni nümayiş etdirirəm. Təbii ki, Meksika körfəzi Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən rəsmən tanınır. Amma niyə Şimali Amerikaya "Meksika Amerikası" demirik? Yaxşı səslənir, elə deyilmi? Onda Şimali Amerikaya Meksika Amerikası deyək",- deyə Meksika lideri deyib. 

07:21 09.01.2025

Oxunuş sayı: 4004

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR