CROSSMEDIA - London İngiltərənin ən sürətlə yaşlanan şəhərinə çevrilir
Xarici xəbərlər

London İngiltərənin ən sürətlə yaşlanan şəhərinə çevrilir

İngiltərənin paytaxtı London doğum göstəricilərinin azalması və gənc miqrantların sayının düşməsi səbəbilə ölkənin ən sürətlə yaşlanan şəhərinə çevrilib.

Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, “Resolution Foundation” adlı təhlil mərkəzinin araşdırmasına görə, Londonda ortalama yaş 2011-ci ildə 33,8 olduğu halda, son 10 ildə 2 il artaraq 35,8-ə çatıb. Eyni dövrdə digər böyük şəhərlərdə ortalama yaş yarım il azalıb və 34,5-ə düşüb. Ümumilikdə isə İngiltərədə ən yaşlı bölgə North Norfolk olub, burada ortalama yaş 55,3-ə yüksəlib. Ən gənc bölgə isə Tower Hamletsdir, burada ortalama yaş 30,6-dır.

Araşdırmaya əsasən, Londonda yaşlanmanın digər böyük şəhərlərdən fərqli olmasının iki əsas səbəbi var. Birinci səbəb, doğum göstəricilərindəki azalmadır. Belə ki, 2000-ci illərdə Londonda hər 1000 nəfərə 16 doğum düşürdüsə, bu rəqəm 2010-cu illərdə 14-ə enib. Bu azalma İngiltərə və Uels üzrə daha məhdud miqyasda baş verib. İkinci səbəb isə Brexit-dən sonra gənc beynəlxalq miqrantların Londona daha az miqrasiya etməsidir.

“Resolution Foundation” qeyd edir ki, böyük yaş fərqləri xüsusilə kənd və sahil bölgələrində ictimai xidmətlərə ciddi təzyiq yaradacaq. Azalan doğum göstəriciləri və artan yaşlı əhali səbəbindən səhiyyə və sosial xidmətlərin yenidən təşkil edilməsi zəruridir.

Fidan Hacızadə

06:58 09.01.2025

Oxunuş sayı: 4197

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR