Macarıstan rəsmisi ABŞ-nin sanksiyalarına məruz qalıb
ABŞ Maliyyə Nazirliyi Macarıstanın baş naziri Viktor Orbanın ətrafındakı ən nüfuzlu şəxslərdən biri, hökumət aparatının rəhbəri Antal Roqana qarşı sanksiyalar tətbiq edib.
Crossmedia.az xəbər verir ki, Roqanın Macarıstan iqtisadiyyatının strateji sektorlarına nəzarət etmək üçün sxemlər təşkil etdiyi güman edilir. Nazir Roqan Macarıstanda ona və partiyasına macar xalqı hesabına xeyir verən sistemin yaradılmasında mərkəzi rol oynayıb.
Roqanın fəaliyyəti Macarıstan dövlətinin əsas komponentlərinin oliqarxlar və qeyri-demokratik aktyorlar tərəfindən ələ keçirildiyi cəzasızlıq mühitinin daha geniş mənzərəsini əks etdirir - bu fikirlər Maliyyə Nazirliyinin bəyanatında deyilir.
04:49 09.01.2025
Oxunuş sayı: 3676