Pentaqon F-16 pilotlarının təlim nəticələrini açıqladı
Ukraynalı pilotlar Rumıniya, Danimarka, Kanada, Fransa və Böyük Britaniyada F-16 döyüş təyyarələrini idarə etmək üçün təlim keçir.
Crossmedia.az xəbər verir ki, pilotların təliminin təfərrüatlarını brifinq zamanı Pentaqonun yüksək rütbəli rəsmisi açıqlayıb.
Pentaqon rəsmisi F-16-da uçmağı öyrənmək üçün orta təlim dövrünün iki-üç il olduğunu əlavə edib. Ancaq əvvəllər Ukraynada Amerika F-16 pilotlarının təlim müddəti təxminən 3 ay azaldılmışdı.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, Kiyevə ümumilikdə 79 qırıcı vəd edilib. Bu qırıcılar Belçika, Norveç, Danimarka və Hollandiya tərəfindən çatdırılmalıdır.
Tərlan Əmrahova
19:22 08.01.2025
Oxunuş sayı: 4237