Yeni rekord qırdıq - Ərdoğan
“2024-cü il hədəfimiz olan 64,5 milyard dolları 11 faiz üstələməklə, yeni rekord qırdıq”.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesi layihələri ilə bağlı açıqlamalar verib.
O, müdafiə sənayesi istiqamətində atdıqları addımları davamlı olaraq irəli apardıqlarını bildirib, 2002-ci ildən etibarən bu sahədə görülən işlər haqqında məlumat verib.
Müdafiə sənayesində 2022-ci ildə cəmi 56 olan şirkət sayının bu gün 3500-ü keçdiyinə, müdafiə layihələrinin sayının son 22 ildə 62 faizdən 80 faizə yerlilik göstəricisi ilə 1132-yə yüksəldiyinə diqqət çəkən Ərdoğan bu layihələrin həcminin də 100 milyard dolları keçdiyini vurğulayıb.
O, sektorun dövriyyəsinin 2023-cü ildə 1,1 milyard dollardan 15,5 milyard dollara yüksəldiyini bildirib.
“Pilotsuz Uçuş Aparatı (PUA), zərbə PUA-sı, radioelektron mübarizə və döyüş gəmisi istehsalında dünyanın qabaqcıl ölkələri arasındayıq. 2002-ci ildə 248 milyon dollar olan ixracatımız 2024-cü ildə əvvəlki ilə nisbətən 29 faizlik artımla 7 milyard 154 milyon dollara çatdı. 2024-cü il hədəfimiz olan 64,5 milyard dolları 11 faiz üstələməklə, yeni rekord qırdıq”, - deyə Türkiyə prezidenti əlavə edib.
18:15 08.01.2025
Oxunuş sayı: 3569